Neymar 1 ay yaşıl meydanlardan uzaq qalacaq

Neymar 1 ay yaşıl meydanlardan uzaq qalacaq

PSJ-nin forvardı Neymar sıradan çıxıb.

Neymar Braziliya millisinin Nigeriya ilə oynadığı yoldaşlıq oyununda (1:1) zədələnib. Maqnit rezonans tomoqrafiyasının nəticələrinə görə, 27 yaşlı futbolçunun bud sümüyündə ikinci dərəcəli zədə aşkarlanıb. 

Neymarın 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Braziliyalı oyunçu yaxın bir həftə ərzində yenidən tibbi müayinədən keçəcək.

Neymar 2019-20 mövsümündə Liqa 1-də 5 matçda meydana çıxıb və 4 qolla yadda qalıb. Hücumçu zədə səbəbindən mövsümün startını qaçırmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR