"Neymar diqqətini PSJ-yə yönəldib" - Leonardo

PSJ-nin idman direktoru Leonardo Neymar haqqında fikirlərini "RMC Sport"la bölüşüb:

"Neymarın səhv etdiyini mən də bilirəm. Amma sonra - "transfer pəncərəsi" bağlananda Braziliya millisinin düşərgəsinə yollandı, orada kifayət qədər yaxşı oynadı və pozitiv əhval-ruhiyyədə komandaya qayıtdı. Zamanında bizə qoşuldu və davranışları qaydasındadı. "Strasbur"la görüş onun üçün çox önəmli idi. Çünki bu şərtlər altında oynamaq asan deyil. Özünə hakim ola bildi və sonda inanılmaz qola imza atdı. Əsl Hollivud hekayəsidi. Səmimidi, təvazökar davranır və hamı ilə münasibəti normaldı. Neymar artıq diqqətini PSJ-yə yönəldib. 

Prosesin tam olaraq düzgün idarə edildiyini, hər halda, demək olmaz. Amma bu günə baxmaq lazımdı. Neymar "Strasbur"a qarşı yaxşı oyun keçirdi və məşqlərinə professional səviyyədə yanaşır. O, pis oğlan deyil. Neymar təkcə PSJ-nin yox, həm də futbolun "mülk"üdü".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR