"Neymar Azardan daha yaxşıdı" - Marselo

"Real"ın müdafiəçisi Marselo PSJ-nin hücumçusu Neymarın Madrid klubuna mümkün transferi barədə danışıb:

"Neymarın nə etmək istədiyini təxmin etmək olmur. Ona qarşı müdafiə olunmaq mümkünsüzdü. Müdafiəçi onu çətinə salanda özündən yeni şeylər kəşf edir.

"Real"da oynasa, əla olardı. Madrid klubu dünyanın ən yaxşı oyunçularını heyətinə qatmaq üçün mümkün olan hər şeyi yoxlamalıdı. Neymarın keçmişdə "Barselona"da çıxış etməsi problem deyil".

Braziliyalı futbolçu Eden Azar və Neymarın müqayisəsini də aparıb:

"Eden yüksək səviyyəli oyunçudu. Neymar kimi, o da dünyanın 5 ən yaxşı futbolçusundan biri olmaq üçün istənilən bacarığa sahibdi. Azarın oyunu heyranedicidi. Əslində, onları müqayisə etmək düzgün deyil. Ancaq mənim fikrimcə, Neymar Azardan daha yaxşıdı".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR