Neymar

Neymar "Barselona"ya qayıtmayacaq - meneceri açıqladı

PSJ-nin futbolçusu Neymarın "Barselona"ya dönüşü bu il mümkün olmayacaq.
 
Sport7.az xəbər verir ki, bu haqda onun menceri Vaqner Ribeyro açıqlama verib. O Neymarın "Barselona"ya qayıdıb-qayıtmayacağı ilə bağlı sualları cavablandırarkən bu ehtimalın həyata keçməsinin çətin göründüyünü bildirib. O açıqlamasında, Məncə Neymar PSJ-də qalacaq. Koronavirusdan sonra futbol iqtisadiyyatı dəyişmək məcburiyyətində qalacaq. Bir müddət böyük büdcəli transfer anlaşmalarına müqavilə atmaq çətin olacaq" sözlərini söyləyib. 
 
Neymar 2017-ci ilin yayında 222 milyon avroya "Barselona"dan PSJ-yə transfer olunmuşdu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR