Neymar məhkəməyə çağrılacaq- dələduzluğa görə

Neymar məhkəməyə çağrılacaq- dələduzluğa görə
PSJ-nin və Braziliya yığmasının ulduzu Neymar "Santos”dan "Barselona”ya keçidi zamanı dələduzluğa yol verməsi iddiası ilə bağlı məhkəməyə çağrılacaq.
 
Sport7.az xəbər verir ki, 26 yaşlı hücumçu ilə yanaşı, Kataloniya klubunun hazırkı rəhbəri Jozep Bartomeu və sabiq prezidenti Sandro Rosel də hakim önünə çıxarılacaq.

Məhkəmə Neymarın transfer hüququnun bir hissəsinin məxsus olduğu DIS fondunun şikayəti əsasında baş tutacaq. Qarşı tərəf futbolçunun "Barselona”ya keçidindən yetərincə qazanac əldə edə bilməməsindən narazıdı.
 
Neymar 2013-cü ilin mayında 57,1 milyon avroya "Barselona”ya transfer olunub. Lakin sonradan transferin real dəyərinin daha yüksək olduğu ortaya çıxıb. Braziliya yığmasının forvardı ötən yay rekord məbləğ qarşılığında – 222 milyon avroya PSJ-yə keçib.
 
Sport7.az

Xəbər lenti