Neymar Messini geridə qoydu

Neymar Messini geridə qoydu

PSJ-nin hücumçusu Neymar yeni rekorda imza atıb.

Sport7.az xəbər verir ki, "sambaçı" buna Çempionlar Liqasının 1/4 final mərhələsində "Atalanta”ya qarşı oyunda nail olub.

Dünənki görüşdə 16 dəfə uğurlu driblinq edən 28 yaşlı oyunçu bu baxımdan 2019/20 mövsümünün rekordunu yeniləyib. Ona qədər ən yüksək göstərici "Barselona”nın kapitanı Lionel Messi və "Napoli”nin hücumçusu Lorenzo İnsinyeyə məxsus idi. Hər iki futbolçu bir matçda 11 uğurlu driblinqlə yadda qalıb.

PSJ-nin "Atalanta” üzərində 2:1 hesablı qələbə qazandığı görüşdə Neymar 1 assist edib. Eyni zamanda Braziliya yığmasının üzvü oyunun ən yaxşı futbolçusu seçilib.
 
Yarımfinala adlayan Fransa klubunun bu mərhələdəki rəqibi "Leypsiq” – "Atletiko” cütünün qalibi olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR