Neymarın anası 23 yaşlı sevgilisindən ayrıldı: Kişilərlə münasibətdə olduğuna görə

Neymarın anası 23 yaşlı sevgilisindən ayrıldı: Kişilərlə münasibətdə olduğuna görə

Neymarın anası Nadin Qonsalve sevgilisi Tyaqo Ramosdan ayrılmaq qərarına gəlib.

Nadin Tyaqonun kişilərlə münasibətdə olduğunu öyrəndikdən sonra bu barədə qərar qəbul edib. Bundan sonra o, 23 yaşlı sevgilisindən malikanəni tərk etməsini istəyib.

İngiltərə mediasının iddiasına görə, Tyaqo Ramos 52 yaşlı Nadindən öncə Neymarın şəxsi aşpazı ilə eşq yaşayıb. Həmçinin, kiberidmançının əvvəllər aralarında braziliyalı komediyaçı Karlinyos Maya, milyonçu Eduardo Pereyra və PR məsləhətçisi İrinaldo Oliverin də olduğu, daha üç kişi ilə münasibətdə olduğuna dair xəbərlər yayılıb.

Qeyd edək ki, Neymar anasının Ramosla münasibətlərinə qarşı deyildi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR