Neymarın "Real"ın prezidentindən tələbi: "Ronaldo ilə Beyli satın, gəlim"

Neymarın
Adı uzun müdətdi "Real"la hallandırılan Neymar haqda İspaniya mətbuatında diqqət çəkən iddia ortaya atılıb.
 
Sport7.az xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Perezin açıq şəkildə komandada görmək istədiyi braziliyalı ulduz klub rəhbərliyindən maraqlı tələb edib. 
 
Belə ki, "sambaçı" "Real"a transfer olmağa müsbət yanaşdığını, amma əvəzində komandasının 1 nömrəsi olmaq istədiyini, yəni dolayısı ilə Kristiano Ronaldo və Qaret Beylin satılmasını tələb etdiyini przidentə bilavasitə çatdırıb.
 
Ötən yay 222 milyon qarşılığında "barselona"dan PSJ-yə transfer olaraq bütün zamanların rekordunu qıran hücumçu yeni komandasında 22 oyunda 20 qola və 14 məhsuldar ötürməyə imza atıb.
 
Sport7.az

Xəbər lenti