NHL:

NHL: "Boston" konfrans çempionluğunun bir addımlığında

NHL-də pley-off mərhələsi davam edir.

Ötən gecə bir görüş keçirilib. Şərq konfransının final seriyasının üçüncü matçı oynanılıb. "Karolayna" "Boston"u qəbul edib. Hesab ikinci periodun əvvəllərində açılıb. Kris Vaqner "Bruins"i önə keçirib. Çox keçməmiş Bred Marşand say çoxluğundan yararlanaraq fərqi artırıb. "Karolayna"nın isə Kalvin de Xanın qolundan artığına gücü çatmayıb. Rəqibini 2:1 üstələyən "Boston" seriyadakı üstünlüyünü daha da möhkəmləndirib - 3:0.

NHL

Pley-off

Şərq konfransı (final seriyası)

"Karolayna Hörrikeynz" - "Boston Bruins" - 1:2

Seriyada hesab - 0:3

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR