NHL:

NHL: "Sent-Luis" konfrans finalına tarazlıq gətirdi

NHL-də Qərb konfransının final seriyasında mübarizə davam edir.

"Sent-Luis" "San-Xose"ni qəbul edib. Ev sahibləri oyunun startındaca fərqləniblər. İvan Barbaşyov hesabı açıb. Birinci periodun sonlarında Tayler Bozak say çoxluğundan yararlanaraq fərqi artırıb. "San-Xose" son periodda Tomaş Qertl sayəsində qollardan birinə cavab verə bilib. Qalan dəqiqələrdə başqa qol olmayıb. Beləliklə, rəqibini 2:1 hesabı ilə məğlub edən "Bluz" seriyaya tarazlıq gətirib.


NHL

Pley-off

Qərb konfransı (final seriyası)

"Sent-Luis Bluz" - "San-Xose Şarks" - 2:1

Seriyada hesab - 2:2


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR