Niderland yığması ona tapşırılır

Niderland yığması ona tapşırılır

Niderland millisinin yeni baş məşqçisi bəlli olub. 

Sport7.az xəbər verir ki, komanda Frank de Bura tapşırılacaq. Tərəflər 2022-ci ilə qədər müqavilə imzalamağa dair razılığa gəliblər. Niderland millisində baş məşqçi postu Ronald Kumanın İspaniya "Barselona"sına keçidindən sonra boş qalmışdı.

Frank de Bur sonuncu dəfə ABŞ-da "Atlanta Yunayted"in baş məşqçisi kimi çalışıb. 50 yaşlı niderlandlı mütəxəssis əvvəllər ölkəsində "Ayaks", İtaliyada "İnter" və İngiltərədə "Kristal Pelas" kimi komandalarda da işləyib.
 
O, Niderland millisində baş məşqçinin köməkçisi də olub. "Ayaks" De Burun rəhbərliyi altında dörd dəfə ölkə çempionluğu, bir dəfə isə Superkubok qazanıb. Sabiq müdafiəçi 1990 - 2004-cü illərdə milli komandanın formasını geyinib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR