Nigeriyalı hücumçu

Nigeriyalı hücumçu "Qəbələ"dən ayrılır

Ceyms Adeniyi "Qəbələ"dən ayrılmaq istəyir.

Sport7.az xəbər verir ki, bu barədə futbolçu Nigeriya mətbuatına açıqlamasında bildirib.

İcarə əsasında İsrailin "Hapoel" (Kiryat-Şmona) klubunda çıxış edən nigeriyalı oyunçu daha bir il bu komandanın formasını geyinmək istəyir. 28 yaşlı hücumçu bunun üçün "qırmızı-qaralar"la danışıq aparacağını deyib.

Qeyd edək ki, 2018-ci ilin yayında "Qəbələ" ilə 3 illik müqavilə imzalamış Ceyms Adeniyi ötən mövsüm 31 oyuna 12 qol vurub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR