Nik Kirios:

Nik Kirios: "Avropa yığmasını təmsil edən tennisçilərdən qorxmuram"

Leyver Kubokunun iştirakçılarından Nik Kirios Dünya yığmasının Avropa seçməsindən zəif olmasına dair iddialara cavab verib:

"Şəxsən mən onlardan qorxmuram. Avropa yığmasını təmsil edən hamını udmuşam. Bilirəm ki, komanda yoldaşlarımın da bənzər qələbələri olub. Kağız üzərində zəif görünə bilərik, amma mən buna inanmıram. Qələbə qazana biləcəyimizdən əminəm.

Daha əvvəl bir neçə dəfə bəxtimiz gətirməyib. Turnirin qalibi olmağa çox yaxın idik. Matç-pointləri qaçırmışıq. İznerin və mənim Federerə qarşı matç-bolumuz olub. Sadəcə, şanssız idik".

Qeyd edək ki, Leyver Kuboku üçüncü dəfə keçirilir. Əvvəlki iki turnirdə Avropa yığmasının qələbəsi qeydə alınıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR