“Nike”dan şok qərar - İran millisi ayaqqabısız qaldı

“Nike”dan şok qərar - İran millisi ayaqqabısız qaldı
Dünya çempionatında iştirak üçün Rusiyaya gələn ilk ölkə olan İran ciddi çətinliklə üzləşib.
 
Sport7.az xəbər verir ki, "Nike” şirkəti Amerika prezidenti Trampın çağırışına uyğun olaraq, İranla işbirliyi qurmaqdan imtina edib.
 
Bu qərar İran millisini çempionatın startına sayılı günlər qalarkən pis vəziyyətə qoyub. Yaranmış durum İranın portuqaliyalı çalışdırıcısı Keyruşun da narazılığına səbəb olub.
 
Keyruş Moskvada keçirdikləri məşqlərdən birindən əvvəl narazılığını belə ifadə edib: "Bəzi futbolçularımız Avropa klublarında oynayır və onların klubları "Nike”dan geyim-ayaqqabı alırlar. Bir-neçə gün içində yeni ayaqqabıya alışmaq çətindi. Ona görə də biz həmin futbolçularımız üçün "Nike” şirkətinə müraciət etdik və ayaqqabı almaq istədiyimizi bildirdik. Onlar isə bizə cavabında bir Amerika şirkəti olduqlarını və ölkə prezidentinin İranı boykot çağırışına qatıldıqlarını bildiriblər. Çıxılmaz vəziyyətdə qalmışıq. Bu problemi tez bir zamanda həll etməliyik”.

Xatırladaq ki, "Nike” AFFA-nın da rəsmi tərəfdaşıdı.

Sport7.az
 
 
 

Xəbər lenti