Nikola Yurçeviç:

Nikola Yurçeviç: "Təəssüf ki, şansımızdan istifadə edə bilmədik"

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Trnava şəhərindəki Anton Malatinskiy stadionunda keçirilmiş Slovakiya - Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, xorvat mütəxəssis bunları söyləyib: "Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Ancaq bu qələbə onlara final mərhələsinə yüksəlmək üçün kifayət etmədi və Slovakiya millisi buna nail olmaq üçün Millətlər Liqasında mübarizə aparacaq. Oyundan əvvəl keçirilən mətbuat konfransında da qeyd etdiyim kimi, komandamızda xeyli problemlər var idi. Zədəli futbolçulardan başqa, fasilədə Eddi İsrafilov əvəzlənməsini istədi. Əvəzində Elvin Camalov meydana daxil oldu və pis təsir bağışlamadı. Birinci hissədə topa nəzarət edə bilmirdik. Ancaq fasilədən sonra daha yaxşı oynadığımızı düşünürəm. Hətta bir epizodda hesabı bərabərləşdirməyə yaxın olduq. Təəssüf ki, həmin anda şansımızdan istifadə edə bilmədik. Əvəzində qapımızdan ikinci topu buraxdıq.
Təbii ki, seçmə mərhələni 1 xalla başa vurmağımızdan mən də razı deyiləm. Ancaq qeyd etməliyəm ki, bu seçmə mərhələdə bir neçə gənc futbolçuya oynamaq imkanı yaratdıq, keyfiyyətli rəqiblərlə qarşılaşdıq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR