Nikola Yurçeviç:

Nikola Yurçeviç: "Yüksələn qrafiki davam etdirmək istəyirik"

Yığmamız bu gün AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində səfərdə Macarıstanın qonağı olacaq. 
 
Sport7.az xəbər verir ki, millimizin baş məşqçisi Nikola Yurçeviçin oyunöncəsi mətbuat konfransı keçirilib. Xorvat mütəxəssis bunları söyləyib: "Hər iki komanda üçün vacib oyundur. Macarıstan yığmasının AÇ-nin final mərhələsinə vəsiqə qazanmaq şansı davam edir. Biz isə yüksələn qrafiki davam etdirmək istəyirik. Uels və Xorvatiyaya qarşı yaxşı futbol sərgilədik. 3 əsas futbolçumuz müxtəlif səbəblərdən bu oyunda iştirak edə bilməyəcək. Buna baxmayaraq, biz yenə də layiqli oyun göstərmək istəyirik. Macarıstana böyük hörmətlə yanaşırıq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR