Novitski:

Novitski: "İkinci mövsümün Donçiç üçün daha çətin keçəcəyini düşünürdüm"

"Dallas" əfsanəsi Dirk Novitski sabiq komanda yoldaşı Luka Donçiçin cari mövsümdəki performansını dəyərləndirib:

"Düzü, mən düşünürdüm ki, ikinci mövsüm Donçiç üçün daha çətin olacaq. Ötən mövsüm fenomenal idi, tripl-dabl edirdi... Bu səbəbdən fikirləşirdim ki, yeni mövsümdən etibarən digər komandalar oyunlar zamanı diqqətlərini ona yönəldəcəklər. Amma, görünür, Donçiç daha da artırıb.

Deyəsən, yanılmışam. Mütəxəssislər də yanıla bilər. Donçiç fantastikdi".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR