Novruzov mövsümü qələbə ilə bitirdi (VİDEO)

Novruzov mövsümü qələbə ilə bitirdi (VİDEO)

Moldova çempionatında mövsümə yekun vurulub.

Sport7.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Dinamo-Avto” da sonuncu matçına çıxıb.

Doğma meydanda "Sfintul” ilə qarşılaşan futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1. Nurlan start heyətdə meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib.

"Dinamo-Avto” 28 oyuna topladığı 41 xalla mövsümü 8 komanda arasında 4-cü yerdə başa vurub.
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR