Nüfuzlu yarış ləğv olundu

Nüfuzlu yarış ləğv olundu

İyulun 4-5-də Böyük Britaniyanın paytaxtı Londonda keçirilməsi planlaşdırılan atletika üzrə Brilyant Liqa yarışı ləğv olunub. 

Sport7.az xəbər verir ki, yarışın rəsmi saytında bu haqda məlumat yer alıb. Böyük Britaniyanın Atletika Federasiyası koronavirus pandemiyası səbəbindən bu qərarı çıxarıb.

Brilyant Liqa yarışların yeni təqvimini də açıqlayıb. Yarışların Monako, Geytshed (Böyük Britaniya) və Stoklolmda (İsveç) avqustda, Lozanna (İsveçrə), Brüssel (Belçika), Paris (Fransa), Roma / Neapol (İtaliya) və Şanxaydakı (Çin) turnirlər sentyabrda, Oreqon (ABŞ), Doha (Qətər) və Çində ikinci yarışın oktyabrda keçirilməsi planlaşdırılır. 

Daha öncə Mərakeşin paytaxtı Rabat və İsveçrənin Sürix şəhərindəki mərhələlər ləğv olunub. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR