Nuqzar Kvirtiya ilə Amil Ağacanovun yeni klubu müəyyənləşdi

Nuqzar Kvirtiya ilə Amil Ağacanovun yeni klubu müəyyənləşdi

Azərbaycan Premyer Liqasında top qovmuş futbolçular Nuqzar Kvirtiya və Amil Ağacanovun yeni iş yeri müəyyənləşib.

Sport7.az xəbər verir ki, hər iki futbolçu "Gilavar" Uşaq Futbol Klubunda fəaliyyətə başlayıb.

AzərbaycanPremyer Liqasında AZAL, "Turan Tovuz", Birinci Divizionda isə "Şüvəlan"ın formasını geymiş Kvirtiya "Gilavar"da texnika və balans üzrə məşqçilik edəcək. AZAL, "Bakı", "Standard", "Turan", "Simurq" MOİK kimi Azərbaycan komandalarının qapısını qorumuş qolkiper Amil Ağacanov isə qapıçılar üzrə məşqçi təyin olunub. 

"Gilavar" Uşaq Futbol Klubunda baş məşqçi vəzifəsi isə Namiq Həsənova tapşırılıb. Komanda sentyabrdan etibarən məşqlərə start verəcək. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR