"Mahir məşqlərə start verib" - "Qarabağ"dan açıqlama

"Hazırlıqlarımızı gündə bir dəfə olmaqla Suraxanıda "Azərsun Arena"nın təlim-məşq meydançasında davam etdiririk. Xüsusi problem yoxdu".
 
Bu sözləri Sport7.az-a açıqlamasında "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov söyləyib. Nurlan bəy Premyer Liqanın 8-ci turunda baş tutacaq "Qəbələ" ilə oyuna hazırlıqlardan danışarkən bunları söyləyib: "Bütün rəqiblərimizə eyni gözlə baxırıq. "Əvvəlki, dünənki, indiki" söhbəti yoxdu. Peşəkar komanda bütün rəqiblərlə qarşılaşmlara maksimum motivasiya olmalıdı".
 
İbrahimov heyətlə bağlı suala belə cavab verdi: "Hazırda Abbas Hüseynovla bağlı müəyyən tərəddüdlər var. Qalanlarında problem yoxdu. Mahir Emreli müəyyən məşqlərə start verib. Fərdi şəkildə çalışır".
 
Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR