Nurlan Novruzov fərqləndi, komandası mərhələ adladı

Nurlan Novruzov fərqləndi, komandası mərhələ adladı
Azərbaycanda sonuncu dəfə "Səbail"in formasını geyən, yay fasiləsində Türkiyənin aşağı dəstə klublarından olan "Dersim 62 Spor"a transfer olan azərbaycanlı futbolçu Nurlan Novruzov növbəti qolunu vurub. 
 
Sport7.az xəbər verir ki, Nurlanın komandası Türkiyə kubokunun 2-ci turu çərçivəsində "Karaköprü Belediyespor"la üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha bir qol vuran "Dersim 62 Spor" növbəti mərhələyə vəsiqə qazanıb. Novruzov matça start heyətdə başlayıb və komandasının ilk qoluna imza atıb. 25 yaşlı hücumçu 38-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Futbolçu Türkiyə Kubokunun ilk turunda "Karlıova Yıldırımspor"u 4:1 hesabı ilə məğlub etdikləri oyunda da 2 dəfə fərqlənmişdi.
 
Sport7.az

Xəbər lenti