Nurlan Novruzovun yeni klubu müəyyənləşdi (FOTO)

Nurlan Novruzovun yeni klubu müəyyənləşdi (FOTO)

Azərbaycanlı futbolçu Nurlan Novruzovun yeni klubu müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, hücumçu bir müddətdi baxışda olduğu "Narva-Trans"la anlaşıb. O yeni komandasında 7 nömrəli formada çıxış edəcək. 
 
"Bakı"nın 26 yaşlı yetirməsinin son klubu elə Moldovada "Dinamo Avto" olub.
 
Yeni klubu Novruzovu azərbaycanca da salamlayıb. Belə ki, klubun rəsmi saytında onun üçün hazırlanan fotoda "Xoş gəldin, Nurlan Novruzov" sözləri də yazılıb.
 

 



Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR