Nuyi geri qayıdır

Nuyi geri qayıdır

Yeni qaydalar Nuyini yenidən əvvəlki mövqeyinə qaytara bilər.

Sport7.az xəbər verir ki, "Red Bull"un komanda rəhbəri Adrian Nuyi keçən il komanda ilə müqavilə yeniləməsinə baxmayaraq "Formula 1"ə əvvəlki qədər vaxt ayırmırdı.  Buna səbəb isə yeni turbo mühərrik erasından sonra bolidlərin aerodinamikasına qoyulan məhdudiyyətlər idi. 

Adrian Nuyi "Formula 1" də dahi aerodinamika mühəndisi hesab olunur. 2010-2014-cü illərdə "Red Bull" komandasının  ardıcıl 4 konstruktorlar çempionluğu və 4 pilotlar çempionluğu qazanmasında Adrian Nuyinin böyük əməyi vardı. Nuyini  "Formula 1"də ən çox dünya çempionu olmuş şəxs də hesab etmək olar. O, "Formula 1"də çıxış etdiyi müddətdə komanda rəhbəri olaraq 10 dünya çempionluğu qazanıb.

"Red bull" komandasının idman məsləhətçisi Helmut Marko Nyuninin qayıdışı haqda belə deyib: "Onunla müqaviləmiz fərqlidi. Adrian Nuyinin bu ilki bolid üzərində də əməyi oldu, amma əvvəlki illərlə müqayisədə az əmək sərf edir. Daha çox digər fəaliyyətlərə vaxt ayırır. Yeni şassi və qaydalarla birlikdə onu yenidən zirvədə görmək mümkündür”.

Xatırladaq ki,"Formula 1"də böyük dəyişiklik 2017-ci ildə olacaq.

Zamiq Salahov













OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR