"Növbəti mövsüm də "Mançester Siti"nin başında olacam" - Quardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola mövsümün sonunda klubdan ayrılmaq niyyətində olmadığını bildirib:

"Bunu bir neçə dəfə demişəm, yenə də təkrarlayıram: klub məni istefaya göndərməsə, burada qalacam. Əminliklə deyə bilərəm ki, növbəti mövsüm də "Mançester Siti"nin başında olacam. Son iki oyunda qələbə qazanmağımızın, son aylarda yaxşı oynamağımızın məsələ ilə heç bir əlaqəsi yoxdu. Sadəcə, mən bu komandada işləməyi sevirəm. Nəticələr pis olsa, Çempionlar Liqasına vəsiqə qazanmasaq belə, "Siti"ni tərk etmək niyyətində deyiləm.

Bütün məşqçilərin çətin günləri olur. Həmişə qələbə qazanmaq mümkün deyil".

Qeyd edək ki, hazırda Premyer Liqada ikinci sırada qərarlaşan "Mançester Siti" lider "Liverpul"dan 14 xal geri qalır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR