Növbəti qaliblər müəyyənləşdi

Növbəti qaliblər müəyyənləşdi

21-22 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb.

Sport7.az xəbər verir ki, kişilər arasında növbəti qaliblər 61 kq çəki dərəcəsində müəyyən olunub. Toplam 225 kq (100+125) nəticə ilə Tehran Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medal toplam 200 kq (90+110) nəticə ilə Elşən Məmmədova, bürünc medal isə toplam 199 kq (89+110) nəticə ilə Mehman Qəzənfərova qismət olub.

61 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Məmmədov Tehran 2002 Qobustan Zirvə 59.6 100 125 225
2. Məmmədov Elşən 2004 Lənkəran Zirvə 57.3 90 110 200
3. Qəzənfərov Mehman 1995 Gəncə Təhsil 60.8 89 110 199
4. Həsənli Nihad 2003 Lənkəran Zirvə 59.7 90 108 198
5. Nəbiyev Ravil 2004 Bakı Spartak 59.1 75 90 165
6. Hüseynli Fizuli 2002 Sumqayıt Təhsil 59.5 74 80 154

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR