"Nyukasl"da Benites dönəmi bitdi

Baş məşqçi Rafael Benitesin "Nyukasl"dan ayrılacağı dəqiqləşib.

Bu barədə ingilis klubu bəyanat yayıb. "Müqavilə yeniləmək üçün nə qədər cəhd göstərsək də, Rafa və təmsilçiləri ilə anlaşmaq mümkün olmadı. Bu gündən etibarən yeni baş məşqçi axtarışlarına başlayacağıq", - deyə bəyanatda bildirilib.

Benitesin müqaviləsi 30 iyunda bitir. O, 2016-cı ildən bəri "Nyukasl"ı çalışdırırdı. Komanda 59 yaşlı mütəxəssisin rəhbərliyi altında ötən mövsüm Premyer Liqanı 13-cü sırada bitirmişdi.

Çin Superliqasında çıxış edən "Dalyan İfan" klubunun Benitesə illik 12 milyon funt ödəməyə hazır olduğuna dair xəbərlər yayılıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR