"Nyukasl"ın futbolçusu tibb işçilərinə pizza göndərdi

"Nyukasl"ın futbolçusu Deni Rouz koronovirusla mübarizədə aparan həkimlərə jest edib.
 
Sport7.az xəbər verir ki, futbolçu tibb işçilərinə pizza göndərib. "North Middilesex" xəstəxanasının sosial şəbəkədəki hesabından futbolçuya təşəkkürlər ünvanlanıb: "Gələn yüzlərlə pizza üçün təşəkkür edirik Deni Rouz".
 
29 yaşlı futbolçunun ötən həftə də xəstəxanaya 19 min funt-sterlinq bağışladığı bildirilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR