"Nyukasl"ın məşhur futbolçusu həbs olundu

"Nyukasl"ın sabiq futbolçusu Nolberto Solano həbs olunub.
 
Sport7.az xəbər verir ki, buna səbəb sabiq futbolçunun ölkəsi Peruda küçəyə çıxmaqla bağlı qadağaya əməl etməməsi olub. "Covid-19" səbəbindən hər yerdə olduğu kimi Peruda da küçəyə çıxmaqla bağlı qadağalar qoyulub. Yasaq zamanı yemək yemək üçün evindən kənarda olan Solano polis tərəfindən nəzarətə götürülüb. 45 yaşlı veteran futbolçu radiokanalların birinə verdiyi müsahibədə bunları söyləyib: "Açığı çox peşimanam və üzr istəyirəm. Etdiklərimə bəraət qazandırmayacağam. Hamı üçün çətin durumdu. Ən önəmli olan sağlamlığımızdı. Onsuz heç nə edə bilmərik".
 
Peruda küçəyə çıxmaq qadağasından sonra qaydalara tabe olmayan 18 mindən çox insanın həbs edildiyi açıqlanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR