"O Messinin kölgəsində qaldı" - Rivaldo

"Barselona"nın sabiq futbolçusu Rivaldo "Liverpul"un braziliyalı oyunçusu Filip Koutinyonun katalon klubuna mümkün keçidindən danışıb. 
 
Sport7.az xəbər verir ki, "Barselona" 25 yaşlı futbolçu üçün ümumilikdə 150 milyon avro ödəməyə hazırdı.
 
Rivaldo açıqlamasında "Koutinyo klass futbolçudu. "Barselona" onu almaq üçün hərəkətə keçsə buna asanlıqla müvəffəq olar. Onun "Barselona"da oynaması üçün hər şeyi var. O "Barselona"nın oyun stilinə uyğun gəlir və azarkeşlər də ona yeni komandasına uyğunlaşmaq üçün vaxt verəcək. 
 
Neymarın gedişi "Barselona" üçün çox çətin oldu. O Messinin kölgəsində qaldı. Neymarın gözəl oyununa baxmayaraq Messi elə Messidi. Lionel hələ karyerasını bitirmək fikrindən uzaqdı" sözlərini söyləyib.
 
Sport7.az

Xəbər lenti