O qəzadan danışdı:

O qəzadan danışdı: "İnsanlara hələ də həyatda olduğumu sübut etməyə çalışıram" - FOTOLAR

"Alanyaspor"un hücumçusu Papis Sisse ötən il keçirdiyi avtomobil qəzasından danışıb.
 
Sport7.az xəbər verir ki, ingiltərə mətbuatına açıqlama verən futbolçu o anları unuda bilməyəcəyini söyləyib. Futbolçu açıqlamasında "Qorxunc kabus idi, unutmağa çalışıram. O qəzadan sonra həyatda qaldığım üçün çox şansılyam. Əlimdən gələni edirəm və insanlara hələ də həyatda olduğumu sübut etməyə çalışıram" sözlərini işlədib. 
 
Ötən mövsüm "Alanyaspor" səfər matçlarının birindən evə qayıdan heyət üzvlərindən Steven Kaulker, Calma Kampos, Vanderson Bayano, Papiss Sisse, İsaak Sakey, Velinton Souza və Josef Sural avtomobil kirayələyib evə komandadan ayrı dönməyi qərara alıblar. Alaniyadakı bir şirkətdən götürülən mikroavtobus aprelin 29-da gecə saatlarında nəzarətdən çıxaraq yol kənaraındakı su kanalına düşmüşdü. Qəzada Josef Sural açılmış qapıdan yola düşmüş, digər futbolçular isə maşının içində qalmışdı. Başında və bədəninin müxtəlif yerlərində xeyli sayda sınıq yaranan Sural elə yerləşdirildiyi xəstəxanada vəfat etmişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR