Obameyanq Anriyə çatdı

Obameyanq Anriyə çatdı

"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq ardıcıl ikinci mövsüm Premyer Liqada 20 qol həddinə çatıb.

Sport7.az xəbər verir ki, qabonlu forvard buna XXXIV turda "Lester"lə qarşılaşmada nail olub.

1:1 hesabı ilə başa çatan görüşdə komandasının yeganə topuna imza atan Obameyanq "Arsenal" əfsanəsi Tyerri Anridən sonra ardıcıl iki mövsüm 20 qol vurmağı bacaran ilk oyunçu olub. Fransalı bu göstəriciyə 2001-ci ildən etibarən ardıcıl 5 mövsüm imza atıb.

Cari mövsüm Premyer Liqada 32 oyunda 20 qol, 2 assistlə yadda qalan Obameyanq Avropa Liqasında 3 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR