Okoça: "Birlikdə oynadığım ən yaxşı futbolçu Ronaldinyodu"

Okoça:
Bir dönəm "Fənərbaxça"da da forma geymiş Nigeriyanın əfsanə futbolçularından olan Cey Cey Okoça birlikdə oynadğı ən yaxşı futbolçunun adını açıqlayıb.
 
Sport7.az xəbər verir ki, Okoça "Karyeram boyu birlikdə oynadığım ən yaxşı futbolçu Ronaldinyodu. Sizə bənzəyən bir futbolçu ilə oynayarkən bir-birinizi anlamaq üçün təmas qurmağa ehtiyac yoxdu. Sadəcə, bir-birinizə baxaraq nə edəcəyinizə qərar verə bilərsiniz" deyən Okoça özünə ən böyük rəqib kimi elə özünü göstərib: "Mənim üçün ən böyük rəqib damim özüm olmuşam. Çünki daha yaxşı oynaya bilmək üçün daim özümə təzyiq etdim. Özümü dayandıra biləcək yeganə insanın elə özüm olduğunu düşünürəm. Bununla yanaşı xüsusi istedadımın olduğunu da fikirləşirəm. Topu qəbul edəndə neyləyəcəyimi bilirdim".
 
Sport7.az

Xəbər lenti