Olimpiadada Azərbaycana qarşı erməni təxribatı - VİDEO

Olimpiadada Azərbaycana qarşı erməni təxribatı - VİDEO
Braziliyanın Rio-de-Janeyro şəhərində davam edən Yay Olimpiya Oyunlarında Azərbaycana qarşı təxribata yol verilib.
 
Sport7.az xəbər verir ki, Rusiya gimnastika yığmasının erməni mənşəli üzvü Seda Tutxalyan təsnifat mərhələsindəki çıxışını "Artsax” musiqisi altında yerinə yetirib.
 
Xatırladaq ki, Ermənistan təbliğat maşını kompozisiyanın bəstəkar Ara Gevorqyan tərəfindən Qarabağ ermənilərinə ithaf edildiyini iddia etsələr də, tarixi faktlar onun bu əsəri azərbaycanlı bəstəkar Fikrət Əmirovun məşhur "Kor ərəbin mahnısı” kompozisiyasını müasir tərzdə aranjiman edərək oğurladığını üzə çıxarıb.
 
Əslən Gümrü şəhərindən olan və Rusiya yığmasının heyətində Avropa Oyunlarının qızıl və gümüş medallarını qazanmış Seda Tutxalyanın Azərbaycan musiqsindən oğurlanan "Artsax” kompozisiyası sədaları altında rəqsini təqdim edirik.



modern.az

Xəbər lenti