"Olimpiakos" və "Zaltsburq" üçün növbəti titul

Avropanın iki ölkəsində çempion müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, Yunanıstan Super Liqasının qalibi sona 6 tur qalmış məlum olub.
 
"Olimpiakos" komandası tarixində 45-ci dəfə ölkə çempionluğu əldə edib. "Qırmızı-ağlar" XXX tur matçında AEK-ə səfərdə 2:1 hesabı ilə qalib gələrək, xallarını 78-ə çatdırıblar.
 
İkinci yerdə gedən PAOK sahibi İvan Savvidinin "Ksanti"ni də əlində saxlaması üzündən 7 xaldan məhrum edilib. Bu səbəbdən, Saloniki təmsilçisinin xalı 59-a enib və liderə çatması mümkünsüzləşib. "Olimpiakos" sonuncu dəfə 2016/2017 mövsümündə çempion olub.

"Zaltsburq" isə ardıcıl 7-ci, tarixində isə 14-cü dəfə Avstriya çempionu olub. "Öküzlər" Bundesliqanın XXX tur qarşılaşmasında "Hartberq"i darmadağın edib - 3:0. Bununla da qızıl medallar sona 3 tur qalmış sahibini tapıb. Hazırda 44 xalla birinci yerdə gedən "Zaltsburq" 35 xala malik ən yaxın izləyicisi "Rapid"i şəxsi göstəricilərdə də üstələyir.  
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR