"Olimpiakos"a ağır cəza - 3 xalı sılındı

Yunanıstan Superliqasında çempionluğa iddialı klublardan olan "Olimpiakos" zirvəyə gedən yolda zərbə alıb. 

Sport7.az xəbər verir ki, Afina derbisində AEK-lə oyundan sonra qalmaqal yaşanması "Olimpiakos"a baha başa gəlib.

Belə ki, ölkənin futbol federasiyası klubun 3 xalını silib. Üstəlik 2 ev oyununu da azarkeşsiz keçirəcək. 

Qeyd edək ki, PAOK-dan 6, AEK-dən 4 xal geri olan Afina təmsilçisinin 43 xalı 40-a endi. 
 
Sport7.az

Xəbər lenti