"Olimpiya" ilə matçın biletləri satışda

"Qarabağ"ın "Olimpiya" ilə Bakıda baş tutacaq matçı üçün biletlər dünəndən etibarən satışa çıxarılıb.
 
Sport7.az xəbər verir ki, azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və "iTicket.az" saytından onlayn şəkildə əldə edə biləcək. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdı. 

Şatış məntəqələri: 
 
T. Bəhramov adına Respublika stadionunun kassaları
Asan Xidmət Mərkəzləri 
Heydər Əliyev Sarayının kassası 28 Mall 
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop) 
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) 
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) 
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)
 
"Qarabağ” - "Olimpiya” matçı iyulun 18-i saat 21:00-da start götürəcək.

Sport7.az

Xəbər lenti