Olimpiya oyunlarında medal qazanmış boksçumuz 1/8 finalda - FOTO

Olimpiya oyunlarında medal qazanmış boksçumuz 1/8 finalda - FOTO

Bugündən etibarən Azərbaycan boksçuları da Avropa Oyunlarında mübarizəyə qatılıb.

Sport7.az xəbər verir ki, 64 kq çəki dərəcəsində Lorenso Sotomayor və 81 kq-da Teymur Məmmədov mübarizəyə 1/16 finaldan qoşulub.

Əvvəlcə Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məmmədov rinqə çıxıb. O, Avropa Oyunlarındakı ilk görüşündə britaniyalı Coşua Buatsini məğlub edərək, 1/8 final mərhələsinə vəsiqə qazanıb - 3:0 (30:27; 29:28; 30:27). 

Teymur növbəti qarşılaşmada polşalı Yordan Kulinski ilə üz-üzə gələcək. Bu görüş sabah saat 21:15-də başlayacaq. 

Qeyd edək ki, bu gün axşam proqramında isə milliləşdirilmiş kubalı idmançı Lorenso Sotomayor rinqə çıxacaq. O, 1/16 final mərhələsində sloveniyalı Edin Seydinoviçlə qarşılaşacaq. Görüş saat 18:15-də başlayacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR