Onilliyin ən yaxşı qapıçısının adı açıqlandı

Onilliyin ən yaxşı qapıçısının adı açıqlandı

Son 10 ilin ən yaxşı qapıçılarının siyahısı açıqlanıb.

Sport7.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlində 2011-20-ci illərdə ən çox səs toplayan qolkiperlər yer alıb.

Almaniyalı Manuel Noyer onilliyin ən yaxşı qapıçısı olub. O, 183 xal toplayıb. İtaliyalı Canluici Buffon 148 xalla ikinci, belçikalı Tibo Kurtua 130 xalla üçüncü olub. Digər qapıçılar 100 xaldan az toplayıb.

İlk "onluq”da Uqo Loris (Fransa), Keylor Navas (Kosta-Rika), Yan Oblak (Sloveniya), Petr Çex (Çexiya), Mark-Andre Ter-Şteqen (Almaniya), David de Xea və İker Kasilyas (hər ikisi İspaniya) da yer alıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR