Onlar Messi ilə Ronaldoya rəqib ola bilərdilər... - FOTOLAR

Onlar Messi ilə Ronaldoya rəqib ola bilərdilər... - FOTOLAR
Bu gün dünya futbolunda yetərincə istedadlı futbolçular olsa da hələ ki, Kristiano Ronaldo və Lionel Messi ilə müqayisə olunacaq səviyyəyə çatmayıblar. 

Halbuki dünya futbolunda ən azı onların səviyyəsində oynaya biləcək futbolçular var idi. Hansı ki, yol verdikləri səhvlər onları futbolun zirvəsindən uzaq saldı. 

Xarici mətbuat belə futbolçuları araşdıraraq arasından 10 nəfəri üzə çıxarıb.
 
Sport7.az olaraq biz də onları sizə təqdim edirik:
 


Xuan Sebastian Veron - Cənubi Amerikanın gəlmiş keçmiş ən klas ayaqlarından olan Veron futbolu o qədər sevirdi ki, ondan gözləntilər çox idi və getdikcə də daha çoxaldı. "Çelsi" və "Mançester Yunayted"də şans yaxalasa da xüsusən "qırmızı şeytanlar"ın heyətində pol Skoulz, Roy Kin və Niki Bat kimi futbolçularla rəqabətə girə bilmədi. Bu da onun yaradıcılığını ortaya qoymasına əngəl oldu.
 

 
Covanni Dos Santos - Tyaqo Alkantara, Xordi Alba və Serxio Buskets kimi "Barselona"nın aşağı yaş qruplarında yetişən ən vacib futbolçular arasında göstərilirdi. Yaxşı başlasa da sonradan öz üzərində işləməməsi meksikalı futbolçunun enişinə səbəb oldu. Santos hazırda "Los Anceles Qalaksi"də forma geyir.
 
 

Rikardo Quarejma - Kristiano Ronaldo və Luis Fiqo ilə eyni akademiyada yetişən Quarejma gözləntilərin üst səviyyədə olduğu başqa bir futbolçu idi. Hətta ilk çıxışından sonra Ronaldodan daha çox parlaması gözlənilirdi. Ancaq "Barselona", "Çelsi" kimi klublarda qazandığı şansları dəyərləndirə bilmədi. "Porto" və "Beşiktaş"da ev mühitini o qədər yaxşı dəyərəndirmişdi ki, kəskin enişə rəğmən adından söz etdirməyi bacarmışdı. Avro-2016-da Portuqaliyanın çempionluğuna önəmli pay qatan futbolçu "Beşiktaş"da son iki mövsümü çempion kimi tamamlayıb. 
 
 

Xavier Saviola - Hələ 18 yaşındaykən  Argentina çempionatının bombardiri olan Xavier Saviola 2001-ci ildə FİFA Gənclik Çempionatında 11 qolla da eyni statusa yiyələnmiş və ardından "Barselona"ya transfer olunmuşdu. İspaniya karyerasına yaxşı başlasa da sonradan əzəli rəqib "Real"a transfer olundu. Amma karyerası istədiyi kimi alınmadı.
 
 

Maykl Conson - "Everton" və "Lids"də göstərdiyi performansla "Mançester Siti"nin "almaz" gözü ilə baxdığı Conson hazırda azarkeşlər tərəfindən çox da xatırlanmır. Amma önəmli potensial idi. Mixayl Ballak və Frank Lempard kimi futbolçularla müqayisə edilməsinə baxmayaraq istedadının haqqını verə bilmədi. Nəticədə elə eniş yaşadı ki, bir anda yox olub getdi. 
 
 

Freddi Adu - Kompyuter oyunu olan "Football Manager" əfsanələrinin daim başında gələn Adu gerçək həyatda da çox şey gözlənilən bir isim idi. Söhbət hələ 13-14 yaşlarında olarkən atdığı qollarla adından söz etdirən futbolçudan gedir. Peşəkar müqaviləyə ən gənc yaşında imza atsa da karyerası heç də yaxşı alınmadı. "Benfika" kimi klubda şans qazansa da, bir çox komandalara da yolu düşdü. Qısa müdətdə "Çaykur Rizəspor"da oynasa da 28 yaşında klubsuz qaldı. Bir sözlə, erkən şöhrətin güdazına getdi. 
 
 

Aleksandr Pato - Braziliyada forma geydiyi dönəmdə çox effektli futbolçu idi və "Milan"a transfer olunması sürpriz deyildi. İlk 18 matçda 9 qolun müəllifi olması Avropada səs salacağından xəbər verirdi. Zədələr və şəxsi həyatı onun formadan düşməsinə səbəb oldu. "Vilyareal"da yenidən "dirilsə" də sonradan pulu üstün tutaraq Çinə yollandı. 
 
 
Luis Nani - Kristiano Ronaldo "Real"a keçəndən sonra onun yerini məhz Naninin tutacağı gözlənilsə də  "Mançester Yunayted"də parlayan karyerası sonradan "söndü". Bir mövsüm "Sportinq"də icarə əsasında oynasa da sonradan "Fənərbaxça"ya satıldı. Türkiyə karyerası da uzun çəkməyən futbolçu tarixin ən pis dönəmini ötən mövsüm keçirən "Valensiya"da top qovur. 

 
Boyan Krkiç - Krkiçin hekayəsi müəyyən mənada Dos Santosunkuna bənzəyir. 2007-ci ildən "Barselona"nın A komandasında oynamaq şansı qazanan futbolçuda pis alınmırdı. Amma söhbət "Barselona"dan gedirsə axtarılan xüsusiyyət qüsursuzluqdu. Vilya və Sançezin "Barselona"ya gəlişindən sonra onun karyerası "Barselona"da yaxşı alınmadı. "Stok Siti" və "Mayntz" performanları da yaxşı idi. Amma istənilən səviyyədə deyil. 
 
 
Adriano - 2001-ci ildə FİFA Gənclər Çempionatının vurduğu qollardan sonra Adriano "Yeni Ronaldo" adlandırılırdı. Hətta ona Braziliya yığmasında Ronaldo ilə çiyin-çiyinə top qovmaq da qismət olmuşdu. Fiziki cəhətdən çox güclü olan futbolçu "Parma"da 37 oyuna 23 qol vurandan sonra "İnter"ə transferi qaçılmaz idi. Burda da yaxşı oynadı amma artıq çəki problemi daim başına bəla olurdu və gözlənilmədən çökməyə başladı. Təəssüf ki, bu cür keyfiyyəti futbolsevərlər sona qədər izləyə bilmədi.

Sport7.az

Xəbər lenti