Onların da yolları ayrıldı

Onların da yolları ayrıldı

"Red Bull" və "İnfiniti"nin əməkdaşlığı sona çatdı.

Sport7.az xəbər verir ki, "Reno"nun "Formula 1"-ə qayıtması və "Red Bull"un "Tag Heuerl"ə müqavilə bağlamasından sonra "İnfiniti" "Red Bull"un sponsorluğundan geri çəkiləcəyini bəyan edib. 2011-ci ildə bağlanan müqavilədə "İnfiniti" komandaya hər il üçün təxminən 70 milyon dollar ödəyirdi.

Öz növbəsində "Red Bull" rəhbərliyi 2011-2015-ci illər arasında komandaya sponsorluq edən  "İnfiniti"yə təşəkkür edib: "Onlarla 2011-ci ildən işləməyə başladıq. Komandanın reklam tərəfdaşı oldular, 2013-cü ildən isə komandanın ad sponsorluğuna yiyələndilər. Komandaya verdikləri töhfəyə görə "İnfiniti"yə təşəkkür etmək istəyirik. Onları başqa bir komanda da görmək bizim üçün xoş olardı".

Zamiq Salahov


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR