"Onların qərarlarını gözləyirik" - Roberto Bordin

"Neftçi"nin baş məşqçisi Roberto Bordin komandanın bugünkü məşqindən əvvəl brifinq keçirib.
 
Sport7.az xəbər verir ki, italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Öncə hazırlıq barədə danışardınız...

- Bərpa proseslərinə başlamışıq. Bundan sonra isə toplu və fiziki çalışmalara start verəcəyik.

- Kvame Karikarini sərəncamınızda görmək istəyirsiz, yoxsa göndərilməyinə qərar vermisiniz?

- Karikari ilə münasibətlərimiz yaxşıdı. Bizim məqsədlərimiz var və bunun uğrunda mübarizə aparırıq. Karikari də bu yolda çalışan futbolçulardan biridi. İndi Kvamenin təklifləri var. Onun qərarını gözləyirik.

- Baş məşqçilər iş yerlərini dəyişəndə sabiq klublarındakı futbolçuları da özləri ilə aparırlar. "Şerif”dən nə üçün heç bir futbolçunu "Neftçi”yə dəvət etmədiniz? Onlar bura gəlmək istəmirlər?

- Mən heç vaxt deməmişəm ki, keçmiş futbolçularımı burda istəmirəm. Hazırda "transfer pəncərəsi" açıqdı. Biz futbolçularla maraqlanırıq. Ancaq hazırda konkret bir oyunçu yoxdu ki, onu bura gətirək.

- Hansı mövqeylərin güclənməsini istəyirsiniz?

- Karikari vəziyyətinə görə gözləmə mövqeyində idik. Bu məsələnin müəyyənləşməsini gözləyirdik. Yarımmüdafiə və hücum xəttinə oyunçu axtarırıq. Əsas odu ki, bura gələn futbolçu komandamızın hansı məqsəd uğrunda yarışdığını anlamalıdı.

- "Qarabağ” Riçard Almeyda və Reynaldonu geri qaytarıb. Düşünmürsüz ki, qış fasiləsindən sonra çempionluq uğrunda mübarizə daha da gərgin keçəcək?

- Bizim üçün əsas öz yolumuzdu. Bunu düşünürük, bu məqsəd uğrunda çalışırıq. Hazırda birinci yerdə gedirik. Hələ vaxtımız var. Çalışacağıq ki, lazım olan transferləri edək. Komandaya fərq yarada biləcək oyunçular gətirmək istəyirik ki, daha da irəli gedək.

- "Sumqayıt"a kubok matçında uduzduqdan sonra postunuzdan gedəcəyiniz barədə xəbərlər yayılmışdı. Rəhbərlik sizinlə belə söhbət edibmi?

- Bu şayiələrin hardan meydana atıldığını bilmirəm. Bizim məqsədimiz var və bunun üçün sona qədər çalışacağıq. Qarşıda vaxtımız var və yaxşı hazırlaşacağıq.

- Slavko Braliç "Neftçi"dən ayrılacaq?

- Karikari kimi, Braliçin də təklifləri var. Onun da son qərarını gözləyirik.

- Üç yoxlama oyunu hazırlıq mərhələsində kifayət edəcək?

- Hazırlıq dönəmində əvəzedicilərdən bir neçə gənc futbolçunu heyətə cəlb etmişik. Digər komandaların hazırlıq planı mənə maraqlı deyil. Əsas öz komandamızdı. Düşünmürəm ki, üç yoxlama oyunu bizə problem yaratsın. (Matç.az)
 
Sport7.az 

Xəbər lenti