Oqtay Abdullayev PFL-ə üsyan etdi: “Tovuzlu azarkeşlərin könlünü almaq lazımdı”

Oqtay Abdullayev PFL-ə üsyan etdi: “Tovuzlu azarkeşlərin könlünü almaq lazımdı”

"Turan Tovuz”un "pandemiya mövsümündə” birinci divizionun qalibi elan olunduğundan xəbəriniz var.

Sport7.az xəbər verrir ki, PFL-in texniki idman şöbəsinin rəisi Elgiz Abbasova "Futbol+” qəzetinə açıqlamasında divizionun qalibinin mükafatlandırılmasıyla bağlı planlardan danışıb.

Abbasov deyib ki, çempionluq kubokunu və qızıl medalları təqdim etmək üçün tovuzlular Bakıya dəvət olunacaq: "Bakıdan bölgələrə yollanmaqla bağlı qadağaların olduğunu bilərək, addımımızı buna müvafiq atmalıyıq. "Turan Tovuz”un mükafatının təqdim olunmasıyla bağlı fikrimizdə iki variant var və çox güman, ikincisi reallaşacaq. Bu da klub rəhbərinin, baş məşqçinin, kapitanın dəvət olunaraq qızıl medalların və kubokun onlara təqdim olunmasıdı. Ola bilər ki, komandanın bir neçə futbolçusu da dəvət olunsun”.

"Turan Tovuzun” Müşahidə Şurasının sədri Oqtay Abdullayev isə PFL-in bu ideyası ilə razılaşmayıb: "Elgiz bəyin söylədikləri ilə razıyıq. Orda bildirib ki, klubun rəhbərini, baş məşqçisini, kapitanını dəvət edib mükafatları onlara təqdim edəcəyik. Ardınca onu da vurğulayır ki, bir neçə futbolçu da dəvət oluna bilər. Birincisi, PFL rəhbərliyi sərt karantin rejimi ilə bağlı Tovuza gedə bilmirsə, komandanın bölgədə yaşayan kapitanı və ya başqa futbolçular paytaxta necə gələ bilərlər? Paytaxtdan çıxış olmadığı kimi, Bakı qeydiyyatı olmayanları da paytaxta buraxmırlar. Son 4 ildə artıq ikinci dəfədi ki, "Turan Tovuz” divizonun qalibi olur, ancaq heç birində premyer-liqaya yüksəlmir. Tovuzlu azarkeşlərin könlünü almaq üçün heç olmasa, PFL mükafatı Tovuzda, stadionda azarkeşlərin gözü qarşısında komandaya təqdim etsin. Bunun üçün bizim üzərimizə nə düşərsə, onu etməyə hazırıq. Bu, çempion və onun azarkeşləri üçün heç olmasa, təsəlli olar”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR