Orxan Əliyev "Sumqayıt"da

Orxan Əliyev
"Sumqayıt” Futbol Klubu növbəti futbolçunu heyətinə cəlb edib.
 
Sport7.az xəbər verir ki, 2011-2015-ci illər aralığında komandanın şərəfini qorumuş Orxan Əliyevlə mövsümün sonuna qədər müqavilə imzalanıb. Əliyev "Sumqayıt” FK-da 8 nömrəli formada çıxış edəcək.

22 yaşlı futbolçu 2011-2015-ci illərdə "Sumqayıt"ın heyətində meydana çıxdığı 73 qarşılaşmada 14 dəfə rəqib qapılarına yol tapıb. Son mövsümü "Zirə”də (5 oyun) keçirən futbolçu həmçinin "Xəzər Lənkəran” (8 oyun) və "Kəpəz”in (39 oyun, 3 qol) də uğurları üçün çalışıb. Orxan Əliyev U-16 (1 oyun), U-17 (5 oyun, 1 qol), U-18 (1 oyun), U-19 (5 oyun) və U-21 (3 oyun) millilərimizdə də çıxış edib.
 
Sport7.az

Xəbər lenti