Orxan Səfərov medalsız qaldı

Orxan Səfərov medalsız qaldı
Rio-de-Janeyroda təşkil olunan XXX Yay Olimpiya Oyunllarının ilk günündə Azərbaycan cüdoçusu Orxan Səfərov mübarizəyə qoşulub.

Sport7.az xəbər verir ki, turnirdə 60 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/32 finalda Peru təmsilçisi Xuan Postiqosla üz-üzə gəlib və rəqibini məğlub edib. Səfərovun 1/8 finalda rəqibi isə qırğızıstanlı Otar Bestayev olub. İppon fəndi ilə rəqibi məğlub edən təmsilçimizin növbəti rəqibi braziliyalı Felipe Kitadai də 1/4 finalda eyni aqibəti yaşayıb. 

Orxan Səfərov mübarizəni yarımfinalda dayandırıb. O, Yeldos Smetova məğlub olub. Qazaxıstan idmançısı Səfərovu vaza-ari xalı ilə məğlub edib.

Səfərovun bürünc medal qazanmaq şansı olsa da, o son görüşündə yaponiyalı Naohisa Takotaya uduzub.

Xəbər lenti