Osaka və Halep sürprizə imkan vermədilər, Azarenko Ostapenkonun yolunu kəsdi

Osaka və Halep sürprizə imkan vermədilər, Azarenko Ostapenkonun yolunu kəsdi

"Rolan Qarros"da qadınların mübarizəsində birinci mərhələnin növbəti görüşləri keçirilib.

Dünya 1 nömrəsi Naomi Osaka ilk setdə Anna Karolina Şmidlovaya 0:6 hesabı ilə uduzsa da, sonradan geri dönüş edə bilib. Digər setləri 7:6 və 6:1 öndə bitirən yapon raketka ustası mərhələ adlayıb. Turnirin son qalibi Simona Halep Ayla Tomlyanoviçi mübarizədən kənarlaşdırıb. 2017-ci ildə RQ-də hamıdan güclü olan Yelena Ostapenko isə Viktoriya Azarenkoya uduzaraq, ilk turdaca Parislə vidalaşıb.

Mərrhələ adlayanlar sırasında Yevgeniya Rodinaya qalib gələn Medison Kiz və Dominika Çibulkova üzərində qələbə qazanan Arina Sobalenko da var.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Qadınlar (fərdi)

Birinci mərhələ

Naomi Osaka (Yaponiya) - Anna Karolina Şmidlova (Slovakiya) - 2:1 (0:6, 7:6, 6:1)

Medison Kiz (ABŞ) - Yevgeniya Rodina (Rusiya) - 2:0 (6:1, 6:2)

Viktoriya Azarenko (Belarus) - Yelena Ostapenko (Latviya) - 2:0 (6:4, 7:6)

Arina Sobalenko (Belarus) - Dominika Çibulkova (Slovakiya) - 2:0 (7:5, 6:1)

Simona Halep (Rumıniya) - Ayla Tomlyanoviç (Avstraliya) - 2:1 (6:2, 3:6, 6:1)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR