Osaka (WTA): Stivens və Bertens mübarizəni dayandırdılar

Osaka (WTA): Stivens və Bertens mübarizəni dayandırdılar

Osakada keçirilən, "Premier" seriyalı turnirdə ikinci mərhələyə yekun vurulub.

Anastasiya Pavlyuçenkova WTA-nın reytinq cədvəlində 8-ci sırada qərarlaşan Kiki Bertensə qalib gəlib. Yuliya Putintseva Varvara Flinkdən, Misaki Doi isə Donna Vekiçdən güclü olub. Mübarizəni dayandıranlar sırasında Sloun Stivens də var. Amerikalı tennisçi Kamila Corci ilə bacarmayıb.


Toray Pan Pacific Open (Premier)
 
Osaka, Yaponiya

İkinci mərhələ

Anastasiya Pavlyuçenkova (Rusiya) - Kiki Bertens (Hollandiya) - 2:0 (6:1, 7:5)

Yuliya Putintseva (Qazaxıstan) - Varvara Flink (Rusiya) - 2:0 (6:1, 6:1)

Misaki Doi (Yaponiya) - Donna Vekiç (Xorvatiya) - 2:0 (7:6, 6:3)

Kamila Corci (İtaliya) - Sloun Stivens (ABŞ) - 2:0 (6:0, 6:3)


Qeyd edək ki, daha əvvəl Naomi Osaka, Anjelik Kerber, Medison Kiz və Eliza Mertens 1/4 finala yüksəlmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR