Oğuz Çətinin getməsinə səbəb olan futbolçular komandadan göndərilir

Oğuz Çətinin getməsinə səbəb olan futbolçular komandadan göndərilir

Gəncləşdirmə siyasətinə üz tutan "Xəzər Lənkəran" rəhbərliyi 3 əsas heyət üzvünü göndərməyi düşünür.

Sport7.az-a gələn xəbərə görə, bunlar yayda "Neftçi"dən gələn Rəşad Sadiqov, "Bakı"dan sərbəst futbolçu kimi cəlb olunan Əfran İsmayılovla Rauf Əliyevdir. Hər 3 futbolçu ilə hələ ilyarımlıq müqavilə qalsa da, onlarla anlaşmalar qarşılıqlı şəkildə pozulmağa çalışılacaq.

Yeri gəlmişkən, klub rəhbərliyinin gəncləşdirmə siyasətinin səbəbləri də saytımıza məlum olub. Belə ki, klubun bu siyasətinin "Neftçi"dəki kimi pulların Avropa Oyunlarına yönəldilməsi ilə bağlı deyil. 

Belə ki, bu 3 futbolçuya müqaviləsi qarşılığında böyük pullar verilsə də, mövsümün əvvəlində onlardan istədiklərini ala bilməyən rəhbərlik klubun öz yetirməsi olan Elnur Cəfərovun az maaş qarşılığında daha yaxşı oynamasından sonra belə qərara gəlib.

Özünə hörmət qoyan Oğuz Çətin isə bu siyasətlə razılaşmadığını göstərərək klubdan ayrılmaq istədiyini bildirib. Bir sözlə, yayda böyük ümidlərlə komandaya transfer edilən bu "3-lük" özləri də bilmədən bilavasitə Türkiyə millisinin sabiq məşqçisinin "Xəzər Lənkəran"dan ayrılmasına səbəb olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR