"Çox çətin sistemdi" - Samir Əliyev

"Yeni sistemdi. Heyətdə yeni futbolçular da var”.
 
Sport7.az xəbər verir ki, bu sözlər "Səbail”in baş məşqçisi Samir Əliyevə məxsusdu.

Topaz Premyer Liqasının 15-ci turunda "Keşlə”nin qonağı olan "Səbail” səfərdən 1 xalla dönüb - 1:1.

Əliyev görüşdən sonrakı mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: "Anlaşma istədiyimiz səviyyədə deyil. İnanıram ki, oyundan-oyuna hər şey düzələcək”.

- Bu sistemlə mübarizə aparmaqda davam edəcəksiniz?

- Hələ bilmirik. Çox çətin sistemdi. Hətta böyük klublar da bu sistemdə əziyyət çəkirlər.

- Vüqar Nadirov bir epizodda şansı qaçırınca, onu əvəzlədiniz. Dəyişiklik bununla bağlı idi?

- Xeyr. Əvvəlcədən bunu planlaşdırmışdıq. Nurlanı da, yeni gələn hücumçunu da oynatmaq istəyirdik.

- Kərim Diniyev yeni mövqedə özünü doğrultdu?

- Kərimlə bu barədə əvvəldən söhbət etmişdik. Özünü burda rahat hiss etdiyini dedi. Bu gün ondan uzun ötürmələr də gözləyirdim. Bu gün, ümumiyyətlə, bütün futbolçulardan razı qaldım. Qarşımıza məqsəd qoyulub ki, kollektivi formalaşdıraq. Nəticə vacibdi, ancaq ən əsası oyunumuzu yaxşılaşdırmaqdı. Rəqibimiz də yeni oyunçular alıb, intizamlı futbol oynadı.

- Viktor Oseqeyl məsələsi sizin üçün qapandı?

- Onun oyun stilini "Kəpəz"də çıxış edən vaxtdan bəyənirdim. Amma zədəsi də var idi. Çox güman ki, gələn həftə yeni hücumçu bizə qoşulacaq. (apasport)

Xəbər lenti