"Çox yüksək tonla danışmayın" - Quardiola "Barselona" rəhbərliyinə cavab verdi

"Barselona"nın prezidenti Jozep Bartomeu "Mançester Siti"nin iki mövsüm müddətinə avrokuboklardan uzaqlaşdırılmasını düzgün addım adlandırmış və bu səbəbdən UEFA-ya təşəkkür etmişdi.

"Şəhərlilər"in baş məşqçisi Pep Quardiola məsələyə münasibət bildirib:

"Barselona"nın prezidentinə demək istəyərdim ki, imkan verin, biz apellyasiya şikayətimizi edək. Haqlı olduğumuzu düşünürük və bu səbəbdən İdman Arbitraj Məhkəməsinə müraciət ünvanlayacağıq.

"Barselona"ya məsləhət görərdim ki, çox yüksək tonla danışmasınlar, çünki belə şeylər hamının başına gələ bilər. Biz məhkəməyə müraciət edəcəyik və ümid edirəm ki, gələcəkdə Çempionlar Liqasında "Barselona"ya rəqib olacağıq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR